China Auto Awards mərasimi yanvarın 27-də keçirilib və CCTV-2 kanalında yayımlanıb. Çin mediasında bu hadisə tez-tez "avtomobil dünyasının Oskarları" kimi xatırlanır.
Münsiflər heyəti CATARC tədqiqat mərkəzi, Avtomobil İstehsalçıları və Dilerləri Assosiasiyası, Avtomobil Mühəndisləri Cəmiyyəti və Beynəlxalq Avtomobil Ticarətinin Təşviqi Şurasının nümayəndələrindən ibarət idi.
Çin Mərkəzi Televiziyasının (CCTV) keçirdiyi "İlin avtomobili 2024" müsabiqəsinin nəticələrinə görə, seriyalı hibrid versiyada Chery Exlantix ET ən yüksək mükafatı qazandı!
Bu il Exlantix ET beynəlxalq bazarlara, o cümlədən Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Rusiyaya çıxacaq.
Azərbaycana bu avtomobilin gəlişi Fevral aylarına təsadüf edir.