Bir zamanlar Avatr 07 vardı, indi isə o, yeni adla – Mazda EZ-60 kimi qarşımıza çıxır.
Amma dəyişikliklər təkcə adla bitmir…
Nə dəyişdi?
❌ Pnevmatik asqı artıq yoxdur
🐎 At gücü – əvvəlki Avatr 07 ilə müqayisədə təxminən 2 dəfə az
💰 Qiymət isə demək olar ki, eyni səviyyədə qalıb – yəni ucuzlaşma yoxdur
Kim nə etdi?
🎨 Mazda – dizayn və asqı sisteminin tənzimlənməsi
🏭 Changan – istehsalat və digər bütün texnoloji tərəflər
Başqa sözlə desək, bu artıq tam Avatr deyil, amma tam Mazda da sayılmaz. Sanki brend dəyişikliyi ilə “premium” təəssüratı saxlanılmaq istəyib, amma texniki baxımdan geriyə doğru bir addım atılıb.
Səncə, belə dəyişikliklərlə bu maşın hələ də bazarda uğurlu ola bilər?