Euro NCAP qəza testi proqramı ABŞ və Asiyada istehsal olunan yeddi elektromobilin təhlükəsizliyini qiymətləndirib. Test olunan modellər bunlardır: Ford Puma Gen-E, Ford E-Tourneo Courier, Hyundai Inster, Lynk & Co 02, MG P9 EV, Polestar 4 və Zeekr 7X.
-
Ford Puma Gen-E böyüklərin təhlükəsizliyi üzrə 75%, uşaqların təhlükəsizliyi üzrə 84%, piyadaların təhlükəsizliyi üzrə isə 70% bal toplayıb. Sürücü yardım sistemləri üzrə 69% nəticə göstərib.
-
Ford E-Tourneo Courier böyüklərin təhlükəsizliyi üzrə 85%, uşaqlar üzrə 78%, piyadalar üzrə isə 78% nəticə göstərib. Sürücüyə yardım sistemləri üzrə 66% bal alıb.
-
Hyundai Inster böyüklər üçün 70%, uşaqlar üçün 81%, piyadalar üçün 70% təhlükəsizlik dərəcəsi alıb. Sürücü yardım sistemləri 67% ilə qiymətləndirilib.
-
Lynk & Co 02 böyüklərin təhlükəsizliyi üzrə 90%, uşaqlar üzrə 87%, piyadalar üzrə isə 83% nəticə göstərib. Park etməyə yardım sistemi isə 89% ilə qiymətləndirilib.
-
Polestar 4 böyüklərin təhlükəsizliyi üzrə 92%, uşaqların təhlükəsizliyi üzrə 85%, piyadalar üzrə 81% nəticə göstərib. Sürücüyə yardım sistemləri 79% bal alıb.
-
MG P9 böyüklər üçün 91%, uşaqlar üçün 85%, piyadalar üçün isə 84% təhlükəsizlik dərəcəsi alıb. Sürücü və sürücüyə yardım funksiyaları üzrə isə 83% nəticə göstərib.
-
Zeekr 7X böyüklərin təhlükəsizliyi üzrə 91%, uşaqların təhlükəsizliyi üzrə 90%, piyadaların təhlükəsizliyi üzrə 78% və təhlükəsizlik sistemləri üzrə 83% nəticə əldə edib.