Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş yürüş təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?
Bəzi avtomobillərin vinkodu var, amma yoxlayanda heç bir məlumat çıxmır. Tezliklə YoxlaAL.az-da istifadəcilər bu problemi aradan qaldıracaqlar. Yəni bir sözlə alıcılar avtomobilləri özləri yoxlamaq imkanında olacaqlar.
Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır. Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər.
Belə hallara ən çox da Amerika və Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.
Sizcə bu problemi hansı üsulla aradan qaldırmaq mümkündür.