Yeni modelin adı — Mazda EZ-60.

Yeni modelin adı — Mazda EZ-60.

Sentyabr ayında Changan və Mazda birlikdə Avatr 07 modelinin daha sadələşdirilmiş bir versiyasını təqdim edəcək. Yeni modelin adı — Mazda EZ-60.

Modelin həm tam elektrik, həm də hibrid versiyası olacaq. Maraqlı məqam odur ki, avtomobil bazara çıxmamışdan əvvəl artıq 26,000-dən çox ön sifariş toplanıb — bu da alıcılarda kifayət qədər yüksək maraq olduğunu göstərir.

Avtomobilin ölçüləri: 4850 mm uzunluq, 1935 mm en, 1620 mm hündürlük.
Hər iki versiyada maksimum güc 258 at gücü ilə məhdudlaşır.
Hibrid variantda isə elektrik sistemi ilə yanaşı, turbo olmayan 1.5 litrlik benzin mühərriki (106 a.g.) yalnız generator funksiyası daşıyır.

Çin bazarından kənarda bu model Mazda CX-6e adı ilə təqdim olunacaq.


Şəxsi fikrimcə, dizayn baxımından bu yeni Mazda, Avatr 07-dən daha cazibəlidir.
Amma güc baxımından zəif qalır.
Buna baxmayaraq, texnologiya səviyyəsinə görə, bu model Mazda-nın indiyədək istehsal etdiyi ən qabaqcıl krossoverlərdən biri sayılır.