BMW avtomatik elektrik şarj sisteminə keçir...

BMW avtomatik elektrik şarj sisteminə keçir...

BMW şirkəti süni intellektlə təchiz olunmuş avtomatik elektrik avtomobilini şarj edən robotların sınağını uğurla başa çatdırıb. Bu robotlar sayəsində elektromobillərin enerji ilə təmin olunması prosesi tamamilə avtomatlaşdırılır və sürücünün iştirakı tələb olunmur. Texnologiyanın geniş istifadəyə verilməsi bazar şəraitindən asılı olacaq.

Robot necə işləyir?

Avtomobil avtomatik şarj üçün nəzərdə tutulmuş yerə park edildikdə, BMW robotu şarj portunu dəqiq şəkildə aşkar edir, marşrutu avtomatik planlaşdırır, şarj kabelini yerinə taxır və enerji yükləmə prosesini başladır. Yükləmə tamamlandıqda isə kabeli avtomatik çıxarır və sistemi sıfırlayır.

Vizuallaşma texnologiyası müxtəlif avtomobil modellərindəki şarj portlarını dəqiq tanımaq qabiliyyətinə malikdir.

Robotlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilir — onları elektromobillərin yığılması və keyfiyyətinin yoxlanması kimi sahələrdə də aktiv şəkildə istifadə edirlər.