Gələcəyin Mercedes-Benz dünyasına giriş: tamamilə yeni CLA sedan!
EQS və EQE elektromobillərinin gözlənilən uğuru gətirməməsi Ştutqartda dönüş nöqtəsi oldu. Mercedes, gələcəyə baxışını yenidən gözdən keçirdi: EQ adlı ayrıca xətt keçmişin bir hissəsinə çevrildi, süni axınlı və mübahisəli dizayn isə inkişafın dalan yolu oldu.
Amma bu dəfə Mercedes ənənələri pozur: yeni dizayn fəlsəfəsi flaqman modellərlə deyil, ən əlçatan avtomobil — CLA ilə təqdim olunur! A-Sinfinin estafeti indi CLA-nın əlindədir. Yeni nəsil Mercedes-lərin ruhunu daşıyan bu model, əslində bir avtomobildə iki dünyanı birləşdirir — zərifliyi və texnoloji yenilikləri.
Mercedes-Benz CLA-nın üçüncü nəsli Avropada iyul ayında satışa çıxır!
Yerli bazar üçün istehsal əvvəlki kimi Almaniyada davam edəcək. Qiymətlər hələ açıqlanmayıb, lakin ilkin ehtimallara görə, başlanğıc məbləği 60–65 min avro civarında olacaq.
İlin sonuna qədər bu yenilik ixrac bazarlarında da görünəcək və Pekin-Benz zavodunda istehsal olunaraq Çində də rəsmi qeydiyyata düşəcək. 2026-cı ildə ailəyə yeni bir üzv — universal kuzovlu versiya qoşulacaq. Gələcəkdə isə eyni platforma üzərində krossoverlər, hətta G-Class modeli də təqdim olunacaq.
Bu dəfə Mercedes-Benz-in elektromobil strategiyasının gələcək istiqaməti məhz bu “kiçik” modelin uğurundan asılıdır. Ona görə də CLA-nın satış dinamikasına xüsusi diqqət yetiriləcək.
ni CLA – ağıllı texnologiyalarla dolu gələcəyin avtomobili!
Yeni nəsil CLA süni intellektlə təchiz olunmuş səsli köməkçi, Microsoft və Google-un inteqrasiya olunmuş xidmətləri, o cümlədən ChatGPT və Gemini ilə gəlir. Google Maps əsasında işləyən naviqasiya sistemi isə marşrutu təkcə məsafəyə görə deyil, həm də relyefə, havanın temperaturuna, sürətə və salonun mikroiqliminə əsasən hesablayır – batareyanın resursunu maksimal dərəcədə səmərəli istifadə edir.
Standart komplektasiyaya artıq panoram dam (istilik izolyasiyalı şüşə ilə), mərkəzi təhlükəsizlik yastığı və ağıllı idarəetmə sistemləri toplusu — MB.Drive elektron köməkçilər paketi daxildir.
Ənənəyə sadiq qalaraq, Mercedes-Benz mətbuat xidməti hələlik ən sadə versiyanı ictimaiyyətə təqdim etməyib – amma texnologiya baxımından, bu model artıq öz sinfində liderliyə iddialıdır.
Mercedes-Benz dizaynerləri böyük ekranların yaratdığı problemləri etiraf etsələr də, yeni CLA öz dizayn fəlsəfəsinə sadiq qalır — sadəcə, indi ön panel "Superscreen" adlanır.
Yüksək təchizatlı versiyalarda iki və ya üç ekran mövcuddur: əsas sensor ekranlar 14 düymdür, cihaz paneli isə 10,25 düym ölçüsündədir və ənənəvi vizor (kölgəlik) olmadan təqdim olunur. Proyeksiya ekranı da nəzərdə tutulub — 12,2 düymlük displey, lakin əlavə reallıq texnologiyası olmadan, sadələşdirilmiş versiyada.
Yeni CLA ilə MBUX media sistemi dördüncü nəslinə qədəm qoyur: artıq Xbox oyun konsollarının joystick-ləri ilə birbaşa əlaqə qurur və avtomobilin özünü əyləncə platformasına çevirir. Sürmək istəmirsən? Onda oynamaq olar!
İnsayder məlumatlarına görə, yeni CLA üç fərqli yumşaq hibrid versiyada təqdim olunacaq — 136, 163 və ya 190 at gücündə.
İlk iki versiya ön ötürücülü olacaq, ən güclü variant isə tam ötürücülü sistemə sahibdir – arxa oxa güc ötürən birləşmə muftası ilə təchiz olunacaq. Texniki göstəricilər hələ rəsmi şəkildə təsdiqlənməyib, lakin bir şey dəqiqdir: benzinlə işləyən sedan elektrik versiyasından xeyli yüngül olacaq. Axı elektromobilin boş kütləsi 2135 kiloqramdır!
Benzinlə işləyən Mercedes-Benz CLA modelləri ilin sonuna doğru satışa çıxacaq.
Yeni nəsil M 252 mühərriki Çindəki Geely Aurobay birgə müəssisəsindən təchiz olunacaq. Bu 1,5 litrlik turbo-dörd silindrli mühərrik 8 pilləli, preselktiv tipli robotlaşdırılmış sürətlər qutusu ilə birgə işləyəcək. Üstəlik, bu qutuya 27 at gücündə elektrik mühərriki də inteqrasiya olunub. Hibrid sistemin 1,3 kilovat-saatlıq akkumulyatoru isə sürücü oturacağının altında yerləşəcək.
Yeni CLA — texnologiya və qənaətin ideal balansını təqdim edir!