“Moskviç 8”in nə vaxt satışa çıxarılacağı məlum olub

“Moskviç 8”in nə vaxt satışa çıxarılacağı məlum olub

“Rossiyskaya qazeta” avtomobil istehsalçısının mətbuat xidmətinə istinadən yazır ki, yeddi yerlik ailə krossoveri “Moskvich 8”in Rusiyada satışı 2025-ci ilin fevralında başlayacaq.

Modelin ilkin dəyəri 2,8 milyondan 3 milyon rubla (44,933 azn) qədərdir. Qiymət baxımından onun Geely Coolray, Changan CS55 Plus, Omoda C5 və Chery Tiggo 7 Pro Max yolsuzluq avtomobilləri ilə rəqabət aparacağı gözlənilir.

Moskvich 8 rebrendinq edilmiş Çin JAC Sehol X8 Plus-dır.

Rusiya Federasiyası üçün spesifikasiyaya 174 at gücünə malik 1,5 litrlik benzin turbo mühərrik, 7 pilləli robot sürət qutusu və ön ötürücü daxildir.

Seçimlər və konkret qiymətlər hələ açıqlanmayıb.