Huawei-nin Aito markası, CATL şirkətinin natrium tərkibli 12C batareyası ilə təchiz olunmuş yeni bir modelini satışa çıxarmağı planlaşdırır.
Hələlik adı açıqlanmayan bu Aito avtomobili iki modifikasiyada təqdim olunacaq. Birinci variant — EREV (uzadılmış məsafəli elektrik avtomobili) olacaq və Freevoy adlı natrium tərkibli batareya ilə təchiz ediləcək. İkinci variant isə — BEV (tam elektrikli avtomobil) olacaq və Qilin batareyası ilə təklif ediləcək.
Yeni modelin batareyası ilə bağlı ən vacib məlumat — onun 12C şarj texnologiyasını dəstəkləməsidir. Bu o deməkdir ki, avtomobilin batareyası öz tutumunun 12 misli qədər enerji ilə şarj oluna bilər.
Məsələn, 100 kVt·s tutumlu bir batareya 1200 kVt gücündə şarj olunmağa davam gətirə bilər. 12C texnologiyası nəzəri olaraq batareyanın 10 dəqiqədən az bir müddətdə tam şarj edilməsinə imkan verir.