Çinin Şençjen şəhərində hər bir sürücünün qorxduğu qəza baş verib: yaş yolda Zeekr 001 idarəetməni itirib və səkiyə çırpıldıqdan sonra bir neçə dəfə aşıb. Nəticələr — fotolarda: elektromobil sözün əsl mənasında iki yerə parçalanıb.
Ən təəccüblüsü isə odur ki, bu qədər ağır qəzaya baxmayaraq, bütün hava yastıqları normal şəkildə işə düşüb və oturacaqların arxa hissələri deformasiyaya uğramayıb. Amma ən vacibi odur ki, sürücü təhlükəsizlik kəmərini taxmışdı — bu da onun həyatını xilas edib.
Şəkillərdən birində “bəxtəvər doğulan” sürücünün keçmişdə “Zeekr” olan avtomobilin qalıqları arasında, sürücü oturacağında əyləşərək polisə izahat verdiyi görünür.
Zeekr — təhlükəsizlik baxımından yeni Volvo?